Robot onu hazırlayan mühəndisə təpik atdı - VİDEO
Çində keçirilən insansı robot nümayişi zamanı gözlənilməz an yaşanıb. Robot onu hazırlayan mühəndisə qəfil təpik atıb.
Hadisə təqdimat zamanı baş verib. İlk zərbədən sonra mühəndisin əlindəki idarəetmə cihazı yerə düşüb. Robot daha sonra ikinci dəfə də zərbə endirməyə çalışıb, lakin mühəndis son anda geri çəkilərək yayınmağı bacarıb.
Bildirilib ki, hadisə zamanı mühəndis xəsarət almayıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.