Rusiyada ayı daha 2 nəfəri parçalayıb
📍 Hadisə Tomsk vilayətinin Kolpaşevo rayonunda baş verib.
📍44 yaşlı kişi itkin düşən inəyi axtarmaq üçün meşəyə gedib və geri qayıtmayıb. Onun axtarışına çıxan 46 yaşlı kənd sakini də itkin düşüb.
Sentyabrın 20-də hər iki şəxsin meyiti meşədə aşkarlanıb.
Hücum edən ayı zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.