Rusiyada azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus “Yardı Superbar” restoranının su təchizatı dayandırılıb.

⚖️ Daha əvvəl məhkəmə obyektin qanunsuz tikili olması barədə qərar çıxarıb və restoranın sahibinin hesabına sökülməsini tələb edib.

🏗 İş adamı bunu etməsə, meriyanın tikilini özü sökməyə hazır olduğu bildirilir. 📌 Restoran kompleksinə 1256,6 kvadratmetrlik bina, 334,4 kvadratmetrlik qaraj və yardımçı tikililər daxildir. Obyektin yerləşdiyi iki torpaq sahəsi də açıq hərraca çıxarılır.

🍽 Voronej rəhbərliyi Xəlilova məxsus “Fort” restoranının da qanunsuz tikili kimi tanınmasına çalışır.