Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO

Rusiyanın Novorossiysk şəhərində polis əməkdaşları tərəvəz bazarlarından birində qəfil reyd keçiriblər.

Yoxlama zamanı Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının sənədləri yoxlanılıb. Ümumilikdə 21 inzibati protokol tərtib edilib.

📌 Protokollardan 10-u qanunsuz əmək fəaliyyəti, 11-i isə ölkədə qalma rejiminin pozulması ilə bağlıdır.

✈️ Səkkiz xarici ölkə vətəndaşının Rusiyadan deportasiya ediləcəyi bildirilib.