Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirildi
Lent.az APA-ya istinadla xəbər verir ki, 49 yaşlı Hüseyn Mussaliyevin cənazəsi Azərbaycana gətirilib.
Qeyd edək ki, mərhumun avtomobilinə Rusiyanın Bryansk vilayətində dron zərbəsi endirilib. O, ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hüseyn Mussaliyev Ucar rayonunun Boyat kəndində dəfn olunacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.