Rusiyada “qanuni oğru” saxlanıldı

Rusiyanın Vladiqafqaz şəhərində kriminal aləmdə “Zura Kaxetinets” kimi tanınan 49 yaşlı Serqo Tsotsxalaşvili saxlanılıb.

O, 2016-cı ildən federal axtarışda olub və 10 il hüquq-mühafizə orqanlarından gizlənib.

Qeyd edək ki, Tsotsxalaşvili 2014-cü ildə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən “tac”landırılıb və onun klanına daxil olub.