Sabah axşam Bakıda leysan yağacağı gözlənilir

🌩 Oktyabrın 2-də Bakıda və Abşeronda axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimal edilir.

🌡 Temperatur gecə 16–19°, gündüz 21–26° isti olacaq.

🌨 Rayonlarda yağış, ayrı-ayrı yerlərdə intensiv leysan, şimşək, dolu, yüksək dağlıq ərazilərdə qar gözlənilir.

💨 Külək gündüz bəzi yerlərdə arabir güclənəcək.