Sabah Bakıda 30, rayonlarda 34 dərəcə isti olacaq
🌡 Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gündüz temperaturun 27-30° isti olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış və zəif duman mümkündür.
⛈ Rayonlarda hava əsasən yağmursuz olacaq. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.
🌡 Rayonlarda temperatur gündüz 29-34°, dağlarda isə 20-25° isti olacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.