Sabah Bakıda yağış yağacaq

📍 Oktyabrın 5-də Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə yağış gözlənilir.

🌡 Temperatur gecə 12-15°, gündüz 18-22° isti olacaq.

💨 Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

⛈ Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lənkəran-Astara bölgəsinin bəzi yerlərində yağış yağacağı və şimşək çaxacağı gözlənilir.