Sabah bu bölgəyə leysan yağacaq – HAVA PROQNOZU
☀️ Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir.
🌡️ Temperatur gecə 20-23°, gündüz 27-32° isti olacaq.
🌧️ Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində yağış yağacağı, leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
⛰️ Dağlıq ərazilərdə gecə və səhər duman gözlənilir. Temperatur gecə 18-22°, gündüz 30-35° isti olacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.