Sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atanların məhkəməsi BAŞLADI

“SUDU” sağlamlıq mərkəzinin rəhbəri Babək Rəhimlinin qətlində təqsirləndirilən sürücüsü Natiq Fətiyev və mərkəzin qeydiyyatçısı Fərqanə Quliyevanın məhkəməsi başlayıb.

📌 Məlumata görə, Natiq Fətiyev münaqişə zəminində Babək Rəhimlini başına küt alətlə vuraraq öldürüb. Daha sonra meyiti avtomobilə qoyaraq Salyan rayonunun Kürsəngi kəndində göl kənarına atıb. O, polis tərəfindən saxlanılıb.

🔎 İş məhkəmə baxışına verilib. Növbəti iclas noyabrın 13-də keçiriləcək.