Salyanda “Mercedes” aşıb, 3 nəfər yaralanıb
Hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.
Masallı sakini Nicat Nəcəfovun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və iki sərnişin xəsarət alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağırdır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.