Salyanda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki minik avtomobili toqquşub. Qəzada Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı və onun iki azyaşlı övladı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.