Şamaxıda “Nəsimi Bağları” kompleksi istifadəyə verilib

Kompleksdə 20 kottec, qeydiyyat binası və çimərlik hovuzundan ibarət şəhərcik yaradılıb.

Ərazidə məscid də fəaliyyət göstərir.

Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış 21 metr hündürlüyündə abidəsi (instalyasiyası) ucaldılıb. Abidə Şamaxının bir çox nöqtəsindən görünür.

Kompleksdəki evlər tam yaşayış şəraiti ilə təmin olunub və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.