Saxta arayış verən zabit və “müştərisi”nin işi məhkəməyə göndərildi
⚠️ Siyəzən rayonunda hərbi xidmətə çağırış üzrə qurumun keçmiş zabiti İlham Məmmədli və Mirhəmdulla Əmirov barəsində cinayət işinin istintaqı tamamlanıb.
• İstintaqa görə, zabit 2025–2026-cı illərdə Əmirovun guya hərbi təlimlərdə iştirak etməsinə dair saxta arayışlar hazırlayıb.
💰 Əmirov həmin sənədlər əsasında işə getmədən əməkhaqqı alıb.
⚖️ Hər iki şəxsə ittiham elan edilib, cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.