Saxta tibbi sənədlərlə müavinət almaqda ittiham olunan həkimlərin məhkəməsi başlayıb

⚖️ “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və keçmiş poliklinika həkimi Səmayə Əşrəfovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

💰 İttihama görə, onlar 2017–2024-cü illərdə vətəndaşlardan rüşvət alaraq müayinə keçirmədən saxta tibbi sənədlər hazırlayıb və bu sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil ediblər.

📌 Rüstəm Mikayılov həmçinin cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırmaqda ittiham olunur. Növbəti məhkəmə iclası noyabrın 23-nə təyin edilib.