Şəmkirdə 13 il əvvəlki qətlin ÜSTÜ AÇILDI

🔹 2013-cü ildə 46 yaşlı Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla öldürülməsi ilə bağlı cinayətin üstü açılıb.

👤 Şəmkir sakini Xəyal Məmmədovun qadını tamah məqsədilə cib bıçağı ilə çoxsaylı zərbələr endirərək öldürdüyünə əsaslı şübhələr müəyyən edilib.

💰 Onun mənzildən 100 manat və çoxsaylı qızıl-zinət əşyaları götürdüyü bildirilir.

⚖️ Xəyal Məmmədovun əməlini etiraf etdiyi, ona ittiham elan olunduğu və barəsində həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.