Şəmkirdə məktəb direktoru işdən çıxarılıb

🔹 Kür qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına məktəbdə monitorinq zamanı ciddi hüquqi və inzibati nöqsanlar aşkarlanıb.

🔸 Qazax-Tovuz Regional Təhsil İdarəsinin məlumatına görə, direktor Ruhiyyə Rəfiyevanın vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi nəticəsində təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub.

📌 Aşkarlanan nöqsanlara görə direktorun əmək müqaviləsinə xitam verilib.