Şərikli çörək” filminin ssenaristi Alla Axundova vəfat edib
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, ssenarist və şair Alla Axundova dünyasını dəyişib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.
Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifi olub. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.