Şərikli çörək”lə tarix yazan Alla Axundova kimdir?
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair, ssenarist və tərcüməçi Alla Axundova 86 yaşında dünyasını dəyişib.
O, Azərbaycan kinosunun sevilən ekran əsərlərindən biri olan
“Şərikli çörək”
filminin ssenari müəllifi olub. Bu əsərə görə Dövlət Mükafatına layiq görülüb.
Alla Axundova həmçinin Azərbaycan ədəbiyyatının rus dilinə tərcüməsi ilə məşğul olub, “Kitabi-Dədə Qorqud” dastanını rus dilinə çevirib.
O, yaradıcılığı ilə Azərbaycan mədəniyyətində mühüm iz qoyub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.