Şirvanda yüksək səslə musiqi dinləyən sürücü həbs edildi

21 yaşlı Şükran Mirzəyev avtomobildə səsgücləndirici qurğu quraşdıraraq ictimai qaydanı pozmaqda ittiham olunub.

Sürücüyə daha əvvəl də xəbərdarlıqlar edilsə də, tələblərə əməl etmədiyi bildirilib.

Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs seçilib.