Şirvan Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən “Zəfəran” apteki ilə bağlı vətəndaş şikayəti daxil olub.
“Real Azərbaycan” xəbər verir ki, şikayətçinin sözlərinə görə, o, həkim resepti əsasında aptekdən dərman alıb və onların pulunu tam ödəyib. Lakin kəndə, evinə qayıtdıqdan sonra məlum olub ki, pulunu ödədiyi dərmanların bir qismi ona təqdim edilməyib.
Hadisə bir sıra suallar doğurur: Vətəndaşın pulunu ödədiyi dərmanlar niyə tam şəkildə təhvil verilməyib? Aptekdə dərmanlar müştəriyə təqdim olunarkən yoxlama aparılmırmı? Baş verənlərə görə kim məsuliyyət daşıyır?
Məsələnin digər narahatedici tərəfi isə vətəndaşın kənddə yaşamasıdır. Dərmanlarını tam ala bilməyən şəxs problemi həll etmək üçün yenidən şəhərə gəlməli, əlavə yol xərci çəkməli və vaxt itirməli ola bilər. Bəs vətəndaşın çəkəcəyi əlavə xərc necə qarşılanacaq?
Aptekdən dərman alan vətəndaşın əsas gözləntisi ödədiyi məbləğin qarşılığında bütün dərmanları tam şəkildə əldə etməkdir. Xüsusilə həkim resepti ilə alınan dərmanların təqdim edilməsində diqqətsizliyə yol verilməsi ciddi narahatlıq doğurur.
“Zəfəran” aptekinin rəhbərliyinə suallarımız var: Bu hadisə hansı səbəbdən baş verib? Vətəndaşın ödədiyi, lakin ona təqdim edilmədiyi bildirilən dərmanlar nə vaxt veriləcək? Problemin həlli üçün hansı addımlar atılacaq?
Qeyd edək ki, hadisə ilə bağlı aptek rəhbərliyinin mövqeyi hələlik məlum deyil. Qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.
Vətəndaşın haqqı qorunmalıdır! Pul ödənilibsə, dərmanlar da tam şəkildə təqdim edilməlidir!
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.