SOCAR-AQŞ”nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı qərar verilib
▪️ Ali Məhkəmə Ramin İsayev barəsində hökmdən verilən kassasiya şikayətini təmin etməyib. Aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
💰 Ramin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur.
🔒 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
🏛️ Ramin İsayev həmçinin 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunub.
💼 SOCAR-ın mülki iddiası təmin edilib, Ramin İsayevin əmlaklarının müsadirəsinə qərar verilib.
📌 Bakı Apellyasiya Məhkəməsi də daha əvvəl hökmü qüvvədə saxlayıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.