İndiyədək Türkiyə, Azərbaycan və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf şəhərlərinə uçuşlarının dayandırılması və ya təxirə salınması ilə bağlı heç bir rəsmi bildiriş almamışıq.

"Real Azərbaycan" xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin (“İran Air”) açıqlamasında bildirilib.

Aviaşirkət həmçinin vurğulayıb ki, rəsmi bildiriş alındıqdan sonra uçuş cədvəlində hansısa dəyişiklik baş verərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi kanalları vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent aviaşirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşların dayandırılacağını bildirmişdi. Bessentin açıqlamasından sonra bir sıra ölkələrin İrana uçuşları dayandırması barədə mediada məlumat yayılıb.