Özünü vəkil kimi təqdim edərək vətəndaş İrlanə Qasımovun etibarından sui-istifadə yolu ilə onun pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən Camal Bağırzadə barəsində cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Real Azərbaycan” ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın özünü vəkil kimi təqdim edən şəxs tərəfindən aldadılaraq pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciəti daxil olub.
Müraciət əsasında vətəndaş zərərçəkmiş şəxs qismində dindirilib. Hadisənin təfərrüatları hazırda istintaq predmetidir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.