Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşlara qarşı dələduzluqda ittiham olunur.

Məlumata görə, o, bir neçə vətəndaşın etibarından sui-istifadə edərək yüz minlərlə manat vəsait əldə etməkdə ittiham edilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.

“Real Azərbaycan” ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Qasımzadə və onunla əlbir olmaqda ittiham edilən Məmməd Məmmədzadə barəsində həbs qətimkan tədbiri seçilib.