Sürücü qızları mindirdi, kişini avtobusa buraxmadı? – RƏSMİ CAVAB

📌 Sosial şəbəkələrdə “M3” ekspres avtobusunun sürücüsü ilə bağlı yayılan şikayət araşdırılıb.

🗣️ Sərnişin iddia edib ki, sürücü əvvəlcə bir neçə tələbə qızı avtobusa mindirib, daha sonra onun minməsinə icazə verməyib.

🚌 “Bakubus”dan bildirilib ki, videomüşahidə görüntülərinə əsasən, avtobusda sərnişin tutumu dolduğu üçün sürücü qapıları bağlayıb və digər sərnişinləri başqa M3 avtobusuna yönləndirib.

📹 Qeyd olunub ki, sürücünün sərnişinlər arasında qadın və kişi fərqi qoyduğunu təsdiqləyən hal qeydə alınmayıb. Sürücü dispetçerin göstərişinə uyğun hərəkət edib.