Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə

55 uşaqda və 1 tərbiyəçidə zəhərlənmə əlamətləri aşkarlanıb.

Onlar 6 klinikaya müraciət ediblər.

4 uşaq bağçasında və 3 qida təchizatçısı şirkətdə axtarış aparılıb.

İlkin ehtimala görə, səbəb qidadan qaynaqlanan bakterial infeksiyadır.

7 bağçada təhsil müvəqqəti dayandırılıb.