Təcili Yardım Mərkəzinə yeni direktor təyin olunub
• Oqtay Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.
👨⚕️ O, fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.
• Oqtay Gözəlov Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə müxtəlif vəzifələrdə çalışıb.
📌 Mərkəzin əvvəlki direktoru Mirələm Calalov bu ilin aprelində vəzifəsindən azad edilmişdi.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.