Təyyarədə tanınmış şəxslərin olması barədə ekipaj əvvəlcədən məlumatlandırılır?

Kənardan baxanda dünyanın müxtəlif ölkələrinə səyahət etmək, hər gün yeni insanlarla tanış olmaq və səmada çalışmaq olduqca cəlbedici görünür. Lakin təyyarə bələdçisinin həyatı yalnız gözəl mənzərələrdən və səfərlərdən ibarət deyil. Bu peşənin sərnişinlərin çox vaxt bilmədiyi qaydaları, çətinlikləri və gözlənilməz məqamları da var.

Lent.az-ın əməkdaşı bu peşənin maraqlı tərəflərini öyrənmək üçün 20 ildən çoxdur Azərbaycan Hava Yollarında çalışan təlimatçı təyyarə bələdçisi Səadət Quliyeva ilə həmsöhbət olub.

– Tanınmış adamlarla qarşılaşmaq adətən sürpriz olur. Nadir hallarda öncədən xəbər verilir. Bizim üçün sərnişinlər arasında fərq olmadığı üçün onların hər birinə eyni münasibəti göstəririk.

Müsahibədə Səadət Quliyeva sərnişinlərin qeyri-adi istəklərindən, 16 saatlıq uçuş təcrübəsindən, ekipaj üzvlərinin istirahət qaydalarından və təyyarə bələdçisi olmağın çətinliklərindən də danışıb.