Tovuzda ata oğlunu bıçaqlayıb

📍 Hadisə rayonun Ağdam kəndində baş verib.

1997-ci il təvəllüdlü N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

👤 Məlumata görə, ailə münaqişəsi zamanı atası, 1961-ci il təvəllüdlü Aydın Məmmədov ona bıçaqla xəsarət yetirib.

🍷 Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilir.

| APA