Tovuzda yaşayış binasında yanğın: Qadın zəhərləndi
📍 Hadisə rayonun Dondar Quşçu kəndində ikimərtəbəli yaşayış binasında baş verib.
• Yanğın nəticəsində 100 kvadratmetrlik mənzilin 50 kvadratmetri yanıb.
• Ev sahibi Kəmalə Qasımova tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir.
🚒 Yanğın söndürülüb, binanın qalan hissəsi alovdan mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.