Türkiyə PA: Azərbaycanda bayrağımızın endirilməsinə cəhd barədə iddialar dezinformasiyadır

📢 Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirib ki, yayılan görüntülər köhnədir. Həmin vaxt təxribatçıya ilk və ən sərt reaksiyanı Azərbaycan vətəndaşları verib. Türkiyə bayrağının endirilməsi hadisəsi baş verməyib.

⚠️ Mərkəz köhnə görüntülərin yeni hadisə kimi yayılmasının iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə aldığını vurğulayıb.