Türkiyə “Sürix kompleksi”ndən niyə çıxa bilmir?
Türkiyə Azərbaycan üçün sıradan bir qonşu dövlət deyil. Amma zaman-zaman Türkiyənin Azərbaycana münasibəti, Bakıya qarşı atdığı addımlar ciddi suallar doğurub.
Azərbaycanın müstəqilliyinin ilk illərində Ankara Bakıya ehtiyatlı yanaşmasını post-sovet sindromu ilə izah edirdi. 6 sentyabr 2008-ci ildə isə Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sarkisyanın dəvəti ilə İrəvana getdi.
Səfər Ermənistan və Türkiyə milli futbol komandalarının qarşılaşması ilə əlaqələndirilsə də, əslində məsələ bir futbol matçından daha böyük idi.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.