Türkiyədə dəhşət: 17 yaşlı qızlarını zəncirləyən valideynlər həbs olundu
Zonguldak şəhərində 17 yaşlı qıza işgəncə verdiyi və onu zəncirlə bağladığı iddia olunan ana və ata saxlanılıb.
Jandarma əməkdaşları gənc qızı evdə əlləri qandallı və zəncirlənmiş vəziyyətdə aşkarlayıb.
Jurnalistin “Qızınızı siz zəncirlədiniz?” sualına ata “Qızını döyməyən dizini döyər” cavabını verib.
Ana və ata məhkəmə qərarı ilə həbs edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.