Türkiyənin Antalya vilayətində güclü qasırğa 4 nəfərin həyatına son qoyub, 1 nəfər yaralanıb.

📍 Hadisə Kepez rayonunda tikinti sahəsində baş verib. Burulğan fəhlələrin yaşadığı iki konteyneri dağıdıb və qülləli kranı aşırıb.

🚑 Dağıntılar altından çıxarılan işçilər xəstəxanaya çatdırılıb. Rəsmi məlumata görə, 4 fəhlə ölüb, 1 nəfər yaralanıb.

🔎 Hadisə yerində araşdırma və xilasetmə tədbirləri davam etdirilir.