Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA

Bakıda 98 saylı uşaq bağçasında valideyndən pul tələb edildiyi bildirilib.

Valideyn iddia edib ki, övladı dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron sistemlə qəbul olunub. Lakin bağçaya müraciət etdikdə ona uşağın yerləşdirildiyi qrupun ödənişli olduğu deyilib.

Onun sözlərinə görə, bağça rəhbərliyi müəssisədə ödənişli qrupun fəaliyyət göstərdiyini bildirib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırma aparıldığını açıqlayıb. Bildirilib ki, təhsil müəssisələrində neqativ hallara yol verilməsi yolverilməzdir və nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.