Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və Milli Musiqi Günüdür.

I Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət olunub, üzərinə əklil və çiçəklər qoyulub.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli və tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarları ziyarət olunub.

Bu gün Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı da başlayır. Festival sentyabrın 30-dək davam edəcək.