Vəzifəli şəxslər üçün yeni məhdudiyyətlər müəyyənləşdirilir.
⚖️ “Maraqlar toqquşması haqqında” qanun layihəsinə əsasən, vəzifəli şəxs şəxsi marağı olan məsələlərdə qurumu təmsil edə, qulluq etdiyi dövrdə isə həmin qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməyəcək.
⏳ Vəzifədən ayrıldıqdan sonra da 2 il müddətində əvvəl işlədiyi qurumun işləri üzrə üçüncü şəxsləri təmsil etmək qadağan ediləcək.
🚫 Vəzifəli şəxslər reklam fəaliyyəti ilə məşğul ola, xidməti məlumatlardan şəxsi maraqları üçün istifadə edə, dövlət və bələdiyyə əmlakından şəxsi məqsədlərlə yararlana bilməyəcəklər.
📚 Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti isə qanunvericiliyə uyğun olaraq istisna təşkil edəcək.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.