Xaçmazda ağır qəza: 9 nəfər xəsarət alıb
Hadisə Gəndob–Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində baş verib.
Əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
| APA
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.