Xaricdə təhsil vədi ilə vətəndaşlardan 12 min manat alan şəxs saxlanıldı

Nəsimi rayonunda xaricdə təhsil və transfer vədi ilə vətəndaşlardan pul alan M.Ələkbərzadə saxlanılıb. Araşdırmaya görə, o, iki şəxsdən ümumilikdə 12 min manat alaraq verdiyi vədləri yerinə yetirməyib.

Faktla bağlı araşdırma davam edir.