Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə təmsil edəcək.

📌 Prezident İlham Əliyev sıx iş qrafiki və əvvəlcədən planlaşdırılmış tədbirlər səbəbindən Türkiyədə keçiriləcək Zirvə görüşündə iştirak etməyəcək.

Oktyabrın 30-da dövlət başçısının Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması nəzərdə tutulub.

🤝 Prezidentin tapşırığı ilə Zirvə görüşündə və çərçivə tədbirlərində Azərbaycan nümayəndə heyəti iştirak edəcək.