Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib.

🔪 DİN-in məlumatına görə, oktyabrın 23-də General Şıxlinski küçəsində restoranda 43 yaşlı C.Mirağayev bıçaqlanaraq öldürülüb.

👮 Əməliyyat nəticəsində hadisənin planlı təşkilində iştirak etdikləri müəyyən olunan 11 nəfər saxlanılıb.

⚠️ İstintaqa görə, onlar hədə-qorxu ilə pul tələb etmək, kriminal nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxslərə qarşı silah tətbiq etmək məqsədilə cinayətkar birlik yaradıblar. 🔎 Faktla bağlı istintaq davam edir.