Xırdalanda su borusu partladı, küçələri su basdı – VİDEO

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində içməli su xəttində qəza baş verib.

Borudan axan su əraziyə yayılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qəza aradan qaldırılıb, su xətti təmir edilərək bərpa olunub.