Xoşqədəm Baxşəliyeva yaxşılıq edən insanları unutmamağın vacibliyi ilə bağlı paylaşım edib.

“Real Azərbaycan” xəbər verir ki, teleaparıcı sosial şəbəkə hesabında yazıb:

“Bir damla su içəndə belə quyunu kimin qazdığını unutma. Yəni yaxşılıq edən insanı unutmaq keçdiyin körpünü yandırmaq kimidir”.

X.Baxşəliyeva bir neçə gün öncə keçmiş Prezident Aparatı rəhbəri Ramiz Mehdiyevlə bağlı paylaşım etmiş, çoxsaylı tənqidlə üzləşmişdi.