YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix açıqlanıb
🏛️ Yeni Azərbaycan Partiyasının VIII Qurultayı oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.
📩 Qurultay iştirakçıları bununla bağlı artıq məlumatlandırılıb.
ℹ️ Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Partiyanın sonuncu qurultayı 2021-ci il martın 5-də baş tutub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.