Yasamalda su xətti PARTLADI

İri Şəhərlərin Su Təchizatından Lent.az-a bildirilib ki, H. Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.

🛠️ Əraziyə briqada və texnika cəlb olunub, su axıntısının qarşısı alınıb. Hazırda təmir-bərpa işləri aparılır.