Zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları üçün məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur.

⚖️ Layihəyə əsasən, hərbi hissə və ya xidmət yerində üzrsüz səbəbdən 1 gündən artıq, lakin 10 gündən çox olmayaraq olmamağa görə 200–300 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər.

🔁 Xəta bir il ərzində təkrar törədilərsə, 300–500 manat cərimə və ya 10 gündən 1 ayadək inzibati həbs nəzərdə tutulur.

📌 Hazırda bu hallara görə əsasən inzibati həbs tətbiq edilir. Yeni dəyişikliklə alternativ cəza kimi cərimə də müəyyənləşdirilir.