Zaqatalada 77 yaşlı kişi güllələnmiş halda tapıldı

Zaqatala rayonunun Danaçı kəndində kişi meyiti aşkarlanıb.

77 yaşlı İbrahim Babayevin meyiti yaxınları tərəfindən tapılıb. Onun güllə yaralarından öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.