Zaqatalada Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun büstünün açılışı olub

📍 Qəhrəmanın adını daşıyan Humanitar Fənlər Gimnaziyasında keçirilən mərasimdə rəsmilər, hərbçilər, şəhid ailələri və qazilər iştirak ediblər.

Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.